20 Aprel, 2019
Goranboyda ər və arvad qəzaya düşüb

Goranboyda ər və arvad qəzaya düşüb.​ Hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Goran qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Belə ki, idarəetmədən çıxan “Nissan” markalı minik maşını yol kənarındakı dəmir maneələrə çırpılaraq qəza törədib. Hadisə nəticəsində sürücü-1953-cü il təvəllüdlü Cəbrayıl İsmayıloğlu İsmayılov və onun həyat yoldaşı 1957-ci il təvəllüdlü Mailə Həşimqızı İsmayılova müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı rayon xəstəxanasına yerləşdirilib. Goranboy rayon xəstəxanasından verilən məlumata görə hər iki yaralının vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.(yeniavaz)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!