20 Aprel, 2019
Parisdə “sarı jiletlilər” etiraz aksiyası keçirir

Fransanın paytaxtı Parisdə İqtisadiyyat Nazirliyinin binası yaxınlığında “sarı jiletlilər”in etiraz aksiyası başlayıb. Bu barədə məlumatı “RİA Novosti” yayıb. Bildirilib ki, aksiya iştirakçılarından biri “Notr Dam de Pari üçün milyonlar, bəs, kasıblar?” şüarı tutub.

Hakimiyyət Yelisey çölü prospektində, Parisin Müqəddəs Ana kilsəsinin yerləşdiyi rayonda etiraz aksiyasının keçirilməsinə növbəti dəfə icazə verməyib. Qeyd edək ki, “sarı jietlilər” 23-cü həftədir küçələrdə aksiya keçirirlər.

“Milyaderlər kiləsinin bərpasına milyard avro tapır, ancaq 140 min evsiz-eşiksiz barədə heç kim düşünmür”, - deyə yürüş iştirakçılarından biri “Facebook” səhifəsində yazıb. Fransanın Daxili İşlər naziri Kristofer Kastaner aksiya ərəfəsində bildirmişdi ki, yürüşün təhlükəsizliyini 60 min polis əməkdaşı təmin edəcək.

Qeyd edək ki, “sarı jiletlilər” 2018-ci il noyabrın 17-dən Fransada 2019-cu il yanvarın 1-dən benzinə tətbiq edilən vergini 2,9 faiz, dizelə isə 6,5 faiz artırılacağına qarşı etiraz aksiyası keçirir.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!