6 İyun, 2011
İrəvanda içməli sudan kütləvi zəhərlənmə

26 erməni xəstəxanaya yerləşdirilib

İrəvanın iyirmidən çox sakini şənbə günü kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib. 

Simsar.az-ın İnterfaks-a istinadən verdiyi xəbərə görə, Ermənistanın infeksiya xəstəlikləri üzrə baş həkimi Ara Asoyan İrəvanın ətrafında yerləşən Erebuni inzibati dairəsinin 26 sakininin xəstəxanaya çatdırıldığını bildirib.

“Zəhərlənməyə içməli su səbəb olub. Xəstələr arasında uşaqlar da var. Laboratoriya təhlillərinin nəticələri daha dəqiq məlumat almağa kömək edəcək” - Asoyan bildirib.

O həmçinin zəhərlənənlərin həyatına təhlükənin olmadığını da qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!