6 İyun, 2011
PKK-DAN MHP-YƏ DƏSTƏK

Terror təşkilatı partiyanın Diyarbəkirdə mitinqini alqışlayır  

Türkiyənini baş naziri Rəcəb Təyyub Ərdoğanın Hakkari, Şırnak və Diyarbəkir mitinqlərindəki bəzi simvolik hərəkətlərinə etiraz edən terror təşkilatı PKK bu gün Milliyətçi Hərəkat Patiyasının Diyarbəkir mitinqi üçün xoş çağırış edib.  

“100 problemin 100 həlli yolu var” şüarı ilə xalqa müraciət edən PKK "mitinqə getməyin, amma olay da çıxarmayın" deyib.

Diyarbəkirdə sonuncu dəfə mitinqi 16 il əvvəl MHP-nin əfsanəvi qurucusu mərhum Alparslan Türkeş keçirib. O zaman Türkeş yüzlərlə xüsusi təyinatlı tərəfindən mühafizə olunub.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!