19 Aprel, 2019
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılmış, külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. DİN Mətbuat Xidmətindən Simsar.az - a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Binəqədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əbdülqəlimov saxlanılaraq şəxsi axtarış zamanı ondan 50 qram marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 320 qram marixuana götürülüb.

Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Şemyakindən 450 qram marixuana götürülüb. Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş F.Hüseynovdan 210 qram marixuana aşkar edilib. Hər üç faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!