19 Aprel, 2019
Bakı-Quba yolunda qəza:ölən var

Bakı-Quba yolunda ölümlə nəticələnən  ağır yol-nəqliyyat hadisə baş verib. Hadsə Siyəzən rayonu ərazisində qeydə alınıb.  Belə ki, Rusiya vətəndaşı, 1980-ci il təvəllüdlü Məmmədov Ramil Zakir oğlu  idarə etdiyi avtomobillə hərəkətdə olan zaman avtomobil idarəetmədən çıxaraq aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!