19 Aprel, 2019
Xaçmaz rayonu ərazisində yanğın baş verib

Gecə saatlarında Xaçmaz rayonu ərazisində yanğın baş verib. Hadisə rayonun İstisu qəsəbəsi ərazisində, 1961-ci il təvəllüdlü Fizru Teyyub Nəsib oğluna məxsus istirahət mərkəzinin ərazisində qeydə alınıb. Yanğın zamanı orada yerləşən ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli 6 otaqlı tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 kvadratmetr sahədə və içərisində olan əşyalar 50 kvadratmetr sahədə yanıb. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb, xəsarət alan yoxdur. Yanğının səbəbləri araşdırılır.(ona)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!