18 Aprel, 2019
Bakı bulvarına giriş bağlanır

26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar aprelin 24-dən etibarən dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq. Bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai bu gün keçirilən tədbirdə deyib. N.Arpadarai bildirib ki, aprelin 25-dən etibarən Formula 1-ə bileti olan şəxslər bulvar ərazisinə daxil ola biləcəklər.

Onun sözlərinə görə, aprelin 25-dən etibarən yarışla bağlı bulvarda əyləncə proqramları başlayacaq: “Bulvar ərazisinə giriş aprelin 29-dan açılacaq”.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!