18 Aprel, 2019
Ermənistanda əsgər özünü güllələyib

Ermənistanda əsgər özünü güllələyib. "news.am" - nın verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında hərbi hissələrdən birində baş verib.

Əsgər silah otağında odlu silahdan özünə atəş açıb. Yaralı əsgər Mikaelyan adına instituta yerləşdirilib, lakin bir neçə saat sonra ölüb. Faktla bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başladılıb.(ona)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!