18 Aprel, 2019
Prezident və xanımı parkda sakinlərilə görüşüb - FOTO

Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olarkən burada istirahət edən sakinlərlə görüşüb. Simsar.az xəbər verir ki, dövlət başçısı və birinci xanım sakinlərlə söhbət ediblər. Sakinlər Prezident və birinci xanımla fotolar, o cümlədən selfi çəkdiriblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!