18 Aprel, 2019
Nazir vətəndaşlarla görüşüb

18 aprel 2019 –cu il tarixdə gənclər və idman  naziri  Azad  Rəhimov  Biləsuvar rayonunda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli   rayonlarından  olan vətəndaşları  qəbul  edib.  Qəbulda  19  nəfər  vətəndaş  olub. Nazirliyin mətbuat xidmətindən Simsar.az - a verilən məlumata gğrə müraciətlər gənclər və idman sahələri,  “Gənclər evi”nin fəaliyyəti,  Olimpiya  İdman  Komplekslərinin, eyni  zamanda,  digər  idman  qurğularının  tikintisi  və  təmiri,  idman  avadanlığının  verilməsi ilə bağlı olub.  Bunula yanaşı, vətəndaşlar şəxsi məsələ,   fəxri adların və məşqçilik dərəcələrinin verilməsi  ilə bağlı  da müraciət ediblər.

Müraciətlərin  bir  qismi  yerindəcə  həll  edilmiş, nazirliyin  səlahiyyətlərinə  aid olmayan müraciətlər isə qeydə alınaraq aidiyyəti   üzrə  göndəriləcəyi  bildirilərək qalan qismi  isə  baxılması  üçün  icraya  yönəldilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!