17 Aprel, 2019
Elinanın atasından "Ev dustaqlığı" qərarına - REAKSİYA

Simsar.az news24.az -a istinadən xəbər verir ki, özünü təhsil aldığı məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edən Elina Hacıyevanın atası Ədalət Hacıyev "Ev dustaqlığı" ilə bağlı qərara etiraz edib: "Mən Azərbaycan qanunverciliyi çərçivəsində o xanımın layiqincə cəzalandırılacağına tam inanıram. Mən qızımı itirmişəm, əlim-qolum bağlanıb...".

O deyib ki, Sevinc Abbasovanın cəzalandırılacağına əmindir: "Bütün bu işlər davam etdirilir və mən Azərbaycanda ədalətə inanıram. Ədalətli qərar çıxarılacaq və mənim balamın qanı yerdə qalmayacaq".

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!