17 Aprel, 2019
Həyat yoldaşını öldürən qadın: Məni xəyanətdə ittiham edirdi

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Bakı şəhər sakini Vəfa Orucovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Özünü ittiham üzrə qismən təqsirli bilən V.Orucova sərbəst ifadəsində əri Rövşən Musayevin onu döyüb işgəncə verdiyini bildirib: "Rövşən məni ona xəyanət etməkdə ittiham edir, döyürdü, işgəncə verirdi. Həmin gün o məni bıçaqla vurmaq istəyərkən bıçaq onun əlindən düşdü. Mən də bıçağı yerdən götürüb Rövşəni vurdum".

İttihama görə, ötən il noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev paytaxtın Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən V.Orucova saxlanılıb.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!