16 Aprel, 2019
İranın xarici işlər naziri Suriyaya səfər edib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Suriyaya səfər edib. M.C.Zərifin başçılıq etdiyi nümayəndə heyətinin Suriya səfəri bu gün başlayıb. İki günlük səfər çərçivəsində iki ölkə arasında müxtəlif məsələlərə dair məsləhətləşmələr aparılacaq.

Daha sonra iranlı nazir Suriyadan Türkiyəyə gedəcək. Səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və iki ölkə prezidentlərinin əldə etdiyi razılıqların icrası haqqında müzakirələr aparılacaq.(ona)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!