6 İyun, 2011
Blatterin zarafatı

FİFA-nın prezidenti qızın saçını kəsməyə cəhd edib

İyunun 6-da Xəzər rayonunun Mərdəkan qəsəbəsində “Dalğa Arena” stadionun açılış mərasimi keçirilib.

Simsar.az-ın məlumatına görə, açılış mərasimində FİFA prezidenti Zepp Blatter və AFFA prezidenti Rövnəq Abdullayev iştirak edib. Stadionun qırmızı lentini hər iki şəxs birlikdə kəsərək, rəsmi açılışı həyata keçirib. 

FİFA prezidenti Z.Blatter qırmızı lenti kəsməzdən öncə, sinidə qayçı gətirən qızın saçlarını kəsmək istəyərək, mərasim iştirakçılarının üzündə təbəssüm yaradıb.

Daha sonra FİFA və AFFA prezidenti birlikdə kompleksi gəziblər. Onlar “Dalğa Arena” stadion kompleksində yerləşən süni örtüklü böyük meydan, uşaqlar üçün kiçik meydançalar və çimərlik futbolu üçün nəzərdə tutulmuş meydanla tanış olublar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!