15 Aprel, 2019
Daha bir yol qəzası: xəsarət alanlar var

Neftçala rayonunda yol qəzası baş verib. Hadisə rayonun Aşağı Surra kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə iki "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!