15 Aprel, 2019
Özünü dənizə atan 14 yaşlı qız xilas edilib

Simsar.az -a FHN-dən verilən xəbərə görə, ötən gün Dənizkənarı Milli Parkda 14 yaşlı qız intihara cəhd edib. Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Yeniyetmə sudan çıxarılıb və Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, azyaşlı bədəninin soyuması və boğulma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!