13 Aprel, 2019
Bu ərazidə hərəkət məhdudlaşdırılacaq - RƏSMİ

74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Ş.Bədəlbəyli küçəsinin R.Behbudov və S.Vurğun küçələri ilə kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil ediləcək. Bu barədə Simsar.az -a Bakı Nəqliyyat Agentliyi (BNA)  məlumat verib.

Məlumata görə, bu məqsədlə bu gün axşam saat 23:00-dan aprelin 14-ü səhər saat 06:00-dək qeyd edilən kəsişmədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!