13 Aprel, 2019
Hacıqabulda “Mercedes” və “Opel” toqquşdu

Hacıqabul rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə bu gecə Bakı-Qazax magistralının Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində Bərdə rayon sakinləri - 1987-ci il təvəllüdlü Mustafayev Tural Oqtay oğlu, 1987-ci il təvəllüdlü Tanrıverdi Elxan Talıboğlu və 1992-ciil təvəllüdlü Yevlax rayon sakini Mirzəyev Aslan Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!