13 Aprel, 2019
Sumqayıtda 22 yaşlı gənc intihar edib

Sumqayıtda ailə münaqişəsi ölümlə nəticələnib. Hadisə şəhərin 16-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verib.

Belə ki, həyat yoldaşı ilə mübahisə edən 1997-ci il təvəllüdlü Verdiyev Kənan Eynur oğlu canına qəsd edib. Tərəflər arasında yaranan mübahisədən sonra K. Verdiyevin həyat yoldaşı evi tərk edərək atası evinə gedib. Buna dözməyən Kənan Verdiyev özünü yaşadığı evdə asıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!