12 Aprel, 2019
Elina Hacıyevanın ölümü ilə bağlı anım mərasimi keçirilir

Səbail rayonundakı 162 saylı orta məktəbin qarşısında həmin məktəbin intihar edən şagirdi Elina Hacıyevanın ölümü ilə əlaqədar anım mərasimi keçirilir. Anım mərasimində müxtəlif məktəblərdən gəlmiş şagirdlər, müəllimlər, o cümlədən, sadə insanlar iştirak edirlər.

Mərasimdə iştirak edənlər məktəbin həyətinə gül dəstələri, oyuncaqlar qoyur. Məktəbin hasarına Elina Hacıyevanın fotoşəkilləri qoyulub. Hazırda anım mərasimi davam edir.(virtual)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!