11 Aprel, 2019
Şəkidə piyadanı vurub öldürən sürücü saxlanılıb

Şəki rayonunda piyadanı vurub öldürən sürücü saxlanılıb. Bu barədə DİN-nin Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, aprelin 10-da saat 23 radələrində M.Ə.Rəsulzadə prospektində naməlum avtomobil yolu keçən şəhər sakini Oqtay Abdurəhimovu vurub və nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla əlaqədar Şəki şəhər rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törədən şəxsin Şəki rayonunda məskunlaşmış Laçın rayon sakini Təvəkkül Qasımov olduğu müəyyən olunub. O, saxlanılaraq idarə etdiyi “VAZ-2170" markalı avtomobillə birgə ŞRPŞ-nin İstintaq bölməsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!