6 İyun, 2011
İran prezidenti Ermənistana gedə bilmədi

Səfər maraqlara xidmət etmirmiş

Mətbuat katibi: “Səfər tərəflərin maraqlarına cavab verən başqa bir vaxt baş tutacaq”

İran prezidenti Mahmud Əhmədinejadın Ermənistana səfəri təxirə salınıb. Simsar.az-ın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistan prezidentinin mətbuat katibi Armen Arzumanyan səfərin qarşılıqlı razılaşma əsasında təxirə düşdüyünü bildirib.

Arzumanyan səfərin tərəflərin maraqlarına cavab verən başqa müddətdə baş tutacağını vurğulayıb.

Xatırladaq ki, İran prezidenti iyunun 6-da Ermənistana səfər etməliydi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!