10 Aprel, 2019
Azərsutikinti Xəstəxanasının korpusunda yanğın

Bakıda Babək prospektində yerləşən yataqxanada yanğın baş verib. Hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları gəlib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə zamanı 45 yaşında bir kişi qorxaraq özünü binanın 3-cü mərtəbəsindən aşağı atıb. Həmin şəxs təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Yanğın söndürülüb.Yanğın Azərsutikinti Xəstəxanasının məcburi köçkünlərin məkunlaşdığı korpusunda olub. Bu barədə yanğınsöndürənlər məlumat veriblər.(report)

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!