10 Aprel, 2019
Bakıda 26 yaşlı qadın naməlum şəraitdə bıçaqlanıb

Bakıda qadın naməlum şəraitdə bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi fərdi evdə yaşayan 1993-cü il təvəllüdlü Nəcəfova Fatimə Tahir qızı yaşadığı evin vanna otağında qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!