9 Aprel, 2019
Bu ərazidə hərəkət məhdudlaşdırılır

Bu gün axşam saat 23:00-dan səhər saat 06:00-a qədər Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədi ilə xətlənmə işləri aparılacaq. Bu barədə Simsar.az -a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən məlumat verilib. Bununla əlaqədar olaraq sözügedən kəsişmədə qeyd olunan vaxt müddətində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd edək ki, sarı kəsişmə toru nişanlanmasının təşkili Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında həyata keçirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!