9 Aprel, 2019
DİQQƏT! Bu küçədə xətlənmə işləri aparılır

Bakı şəhəri, Suraxanı rayonu Əhməd Mehbalıyev küçəsində üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılır. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Simsar.az-a  verilən məlumata görə, işlər avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə aparılır.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!