5 Aprel, 2019
Aeroport şosesində ağır qəza: "Jiquli" aşdı

Bakıda avtomobil qəzası baş verib.  Hadisə Aeroport şosesində qeydə alınıb. Şəhərdən Mərdəkan istiqamətində hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində iki maşından biri olan "VAZ 2107" aşıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerində DYP əməkdaşları işləyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!