5 Aprel, 2019
Bakıda otel rəhbəri olan türkiyəli iş adamı öldü

Bakıda otel rəhbəri müəmmalı şəkildə ölüb. Nərimanov rayonunda yerləşən “Golden Shayn” otelinin rəhbəri, Türkiyə vətəndaşı Mehmet Ali Altınterim aprelin 4-də gecə saat 03 radələrində evində vəfat edib.

60 yaşlı M.A.Altınterimin ölüm səbəbinin müəyyən olunması üçün məhkəmə tibb ekspertizası təyin edilib.(Qafqazinfo)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!