4 Aprel, 2019
Abşeronda “Gənclər Şəhərciyi”ndə yanğın olub

Abşeronda yaşayış binasında yanğın olub. Hadisə Mehdiabad qəsəbəsində yerləşən “Gənclər Şəhərciyi”ndə qeydə alınıb. Şəhərcikdəki yaşayış binalarından birində yanğın baş verib. Binanın 3-cü mərtəbəsindəki mənzildə meydana gələn yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!