4 Aprel, 2019
FHN: “Diqlas” ticarət mərkəzi söküləcək

Bakının Nizami rayonunda yanğının baş verdiyi “Diqlas” ticarət mərkəzi söküləcək. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında bildirilib. Məlumatda deyilir: "Mütəxəssislər tərəfindən verilmiş rəyə əsasən, “Diqlas” ticarət mərkəzi söküləcək".

Qeyd edək ki, martın 26-da baş verən yanğın zamanı ticarət mərkəzi ilə yanaşı, ətrafdakı bitişik tikililər də yanıb. Əsasən tikinti materialları, geyim əşyaları yanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!