4 Aprel, 2019
İtkin düşən azyaşlı tapılaraq sığınacağa yerləşdirilib

Bakıda itkin düşmüş azyaşlı qız polis əməkdaşları tərəfindən aşkarlanıb. Ötən gün Nəsimi rayonu 3-cü mikrorayon ərazisində itkin düşmüş uşağa polis əməkdaşları yardım edərək onu Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə təhvil veriblər. Mərkəzdən verilən məlumata görə, Məryəm adlı uşağın 6 yaşı var. Azyaşlının dilənçiliyə cəlb edilməsi versiyası istisna edilmir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!