3 Aprel, 2019
Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi müəyyənləşib.  AFFA-nın saytı xəbər verir ki, komanda Vüqar Məmmədə həvalə olunub. Qərar AFFA-nın Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq qəbul edilib.  Qeyd edək ki, Vüqar Məmməd Avropa çempionatının elit raundunda iştirak edən Azərbaycanın U-19 yığmasının baş məşqçisi olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!