2 Aprel, 2019
Narkotik təkibli dərman pereparatlarını satan saxlanılıb - AĞCABƏDİDƏ

Ağcabədi şəhər ərazisində yerləşən apteklərin birində qanunsuz olaraq narkotik təkibli dərman pereparatlarının satışını həyata keçirən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi şəhər sakini Anar Fətullayev saxlanılıb. A.Fətullayevə məxsus aptekə baxış zamanı oradan 43 adda müxtəlif növ narkotik tərkibli dərman pereparatları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!