2 Aprel, 2019
Pakistan vətəndaşı itkin düşdü - BAKIDA

Bakıda yaşayan Pakistan vətəndaşı itkin düşüb. Bu barədə polisə Bakının Nəsimi rayonu, S.Rəhimov küçəsi 197 ünvanında yerləşən "Minalə" hostelində yaşayan, 1955-ci il təvəllüdlü Foriya Zaheer məlumat verib. O bildirib ki, iki ildir icazə əsasında "Minalə" hostelində yaşayan oğlu, 1988-ci il təvəllüdlü Zaheer Umair aprelin 1-də yaşadığı yerdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırmalara başlanıb.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!