1 Aprel, 2019
Bakıda daha bir avtomobil qəzası

Bakının Qaradağ rayonunda qəza baş verib. Minik avtomobili dirəyə, onun arxasınca gələn "Sprinter" markalı mikroavtobus isə həmin avtomobilə çırpılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 65-68 yaşlı kişi dünyasını dəyişib. Qəza nəticəsində 45 yaşlı kişi qapalı kəllə beyin travması, daha 2 qadın, 1 kişi isə müxtəlif yüngül travmalarlarla Kliniki Tibbi Mərkəzə gətirilib.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!