1 Aprel, 2019
Bakının mərkəzində dəhşətli qəza - ölənlər var

Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib. Qəza bir neçə dəqiqə əvvəl Rəşid Behbudov küçəsində, Mərkəzi Bankın yanında qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil piyada keçidindən istifadə edən 3 nəfəri vurub. Daha sonra sürücü idarəetməni itirərək avtobusa çırpılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb. Ölənlər "Mercedes" markalı avtomobilin sürücüsü və 50-55 yaşlı naməlum qadındır. 60-65 yaşlı qadın və 30 yaşlı kişi isə xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qəza nəticəsində xəstəxanaya yerləşdirilən şəxslər 1954-cü il təvəllüdlü Xanım Quliyeva və 1996-cı il təvəllüdülü Seymur Niyazovdur. Hər iki şəxs kəllə-beyin travması alıb. Gənc oğlanın vəziyyəti daha ağır qiymətləndirilir.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!