29 Mart, 2019
Bu şəxslərin maaşı artırıldı

Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödəniləcək. Simsar.az xəbər verir ki, bununla bağlı Milli Məclisin plenar iclasında "Hesablama Palatası haqqında" qanuna dəyişiklik edilib.   Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Milli Məclis sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatasının auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir. Layihə səsverməyə çıxarılıb və qəbul edilib.

Bundan başqa, Azərbaycanda Konstitusiya Məhkəməsinin hakimlərinin maaşı da artırılıb. "Bununla bağlı "Konstitusiya Məhkəməsi haqqında” qanunun 71-ci ( Konstitusiya Məhkəməsi hakiminin əmək haqqı) maddəsinin 2 bəndinə dəyişiklik edilib. Hazırki bənd isə belədir: "Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 2335 manatdır”.

Dəyişiklikdə qeyd edilir ki, Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı Milli Məclis sədrinin aylıq vəzifə maaşına bərabərdir. Qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə də dəyişiklik olunub. Əlavəyə əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Qeyd edək ki, Milli Məclis sədri 2475 manat əmək haqqı alır. Dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!