28 Mart, 2019
Bakı-Sumqayıt yolunda ağır qəza: ölən var - FOTO

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu saat 17:30 radələrində Bakı-Sumqayıt yolu, Xırdalan qəbiristanlığının qarşısında qeydə alınıb. Bakı şəhəri istiqamətində hərəkətdə olan “Mercedes” markalı maşın yolu keçən piyadanı vurub. Piyadanın öldüyü bildirilir. Qəza səbəbindən Bakı-Sumqayıt yolunda tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır. (ona)

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!