28 Mart, 2019
Sahibkara dəymiş zərər dövlət tərəfindən ödəniləcək - RƏSMİ

"Sahibkara dəymiş zərər dövlət tərəfindən ödəniləcək" Bunu "Diqlas"da zərərçəkən sahibkarlarla görüş zamanı Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevin müavini Hüseyn Mövsümov deyib. O, bildirib ki, dövlət sahibkarların yanında olacaq: "Prezidentin tapşırığı ilə hər bir vətəndaşa dəyən ziyana görə dövlət tərəfindən kompensasiya ödəniləcək. Bunun üçün komissiya yaradılacaq və icarədarlara dəyən ziyan obyektiv, ədalətli şəkildə hesablanacaq. Dövlət ziyanı sizə ödəyəcək, növbəti mərhələdə isə həmin obyektin sahibləri dövlət qarşısında cavab verəcək".

H.Mövsümov əlavə edib ki, zirzəmidəki mallara ziyan dəyməyib.

Qeyd edək ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevin müavini Hüseyn Mövsümov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və digər rəsmi şəxslər iştirak edib.(yeniavaz.com)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!