27 Mart, 2019
"Bu dəqiqə sizə kimsə pul verəcək o birmənalı şəkildə yoxdur" - "Diqlas" sahibkarları ilə görüş

“Diqlas” ticarət mərkəzində baş verən yanğından zərərçəkmiş sahibkarlar Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovla görüşüblər.  Simsar.az Yeniavaz.com - a istinadən xəbər verir ki, sahibkarlar səhər saatlarında külə dönmüş obyektin qarşısında toplaşaraq səlahiyyətli şəxslərin onların suallarını cavablandırmasını və məsələyə aydınlıq gətirməsini tələb ediblər. Daha sonra zərərçəkmişlər Nizami rayon İcra Hakimiyyətinin qarşısına toplaşaraq icra başçısı ilə görüşmək istədiklərini bildiriblər. İcra başçısı Arif Qasımov zərərçəkmiş sahibkarları qəbul edib və onların suallarını cavablandırıb.

Zərərçəkmişləri ən çox maraqlandıran, “konpensasiya ödəniləcəkmi” sualına isə Arif Qasımov belə cavab verib: "Mən sizə deyim ki, bu dəqiqə sizə kimsə pul verəcək o birmənalı şəkildə yoxdur. İstintaq nəticəsində bütün hallarda hüquqi yollarla məsələ həll ediləcək”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!