27 Mart, 2019
Adil Əliyev: "Onun namusu, vicdanı və şərəfi sual altındadır"

Millət vəkili Adil Əliyev qardaşı, Ədliyyə nazirinin müavini Məhərrəm Əliyevin adının ötən gün yanan "Diqlas” Ticarət Mərkəzində pay sahibi olması ilə bağlı yayılan məlumatların əsassız olduğunu bildirib. O bu barədə öz facebook səhifəsində yazıb: "Məhərrəm Əliyevin "Diqlas” və ümumiyyətlə heç bir Ticarətlə bağlı obyektlərə, dolayısıyla əlaqəsi yoxdur. O ki qaldı dayımız oğlu Nadir Əzizova, onun TM-nin adı "Ramal”dı. Oda Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti, istər "Diqlas” istərsədə " Ramal” , özlərinin sağlığına qismət olsun. Bizim qürurumuz, namusumuz şərəfimizdi. Kimsə İstər bilərəkdən, istər bilməyərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!