27 Mart, 2019
“Hababam sinifi yenidən” çəkilir - VİDEO

Türkiyənin məşhur filmi "Hababam Sinifi" filmi yenidən ekranlara qayıdır.  Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə filmi çəkən şirkət məlumat verib və filmin anonsunu yayımlayıb. Film aprelin 5-də premiyerasını gerçəkləşdirəcək.

Qeyd edək ki, yazıçı Rıfat Ilgazın qələmə aldığı və beş ayrı kitabdan ibarət romanın kinomotoqrafiya tarixçəsi də xeyli genişdir. İlk dəfə 1975-ci ildə səhnələşən ekran əsərinin 1981-ci ilə kimi 6 seriyası, 2004-cü ildə yayımlanmağa başlayan müasir versiyasının isə 3 seriyası tamaşaçı qarşısına çıxıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!