27 Mart, 2019
Paytaxtda daha bir yanğın: 15 nəfər təxliyə olunub

Bakı şəhərinin Xəzər rayonunda beşmərtəbəli yaşayış binasının çardağında istifadəsiz ev əşyaları və taxta tullantıları 10 m² sahədə yanıb. FHN-dən Simsar.az - a verilən məlumata əsasən, yanğın zamanı 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!