26 Mart, 2019
Yanğında 10 nəfər xəsarət alıb

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğında 10 nəfər tüstüdən zəhərlənib. Bu barədə 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi məlumat verib. Qeyd olunub ki, həmin şəxslər müayinə olunduqdan sonra buraxılıblar. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov "Report"a bildirib ki, hadisə ilə əlaqədar şöbəyə gətirilən olmayıb.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!