4 İyun, 2011
Daxili işlər naziri Bərdədə vətəndaşları qəbul etdi

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 4-də Bərdə şəhərində vətəndaşların qəbulunu keçirib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd və Zəngilan rayonlarının bir qrup sakinini qəbul edən nazir müraciətləri dinləyib, onların dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyəti üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verib.

Nazir tərəfindən qəbul edilən 22 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti yerindəcə həllini tapıb.

R. Usubov qalan ərizə və şikayətlərin də mövcud qanunvericilik çərçivəsində obyektiv şəkildə araşdırılacağını və konkret tədbirlər görüləcəyini bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!