4 İyun, 2011
AYB KATİBLƏRİ MKM-dan İMTİNA ETDİLƏR

Çingiz Abdullayev və Rəşad Məcid seçimin ədalətsiz aparıldığını bəyan edib

Azərbaycan Yazıçılar Birliyinin katibləri Çingiz Abdullayev və Rəşad Məcid Milli Kitab Mükafatının münsiflər heyətindən uzaqlaşıblar. Hər iki yazıçı qaliblərin seçim qaydalarına etiraz olaraq bu addımı atıblar. 

Simsar.az-ın məlumatına Ç.Abdullayev və R.Məcid daha samballı əsərlərin kənarda qaldığını, qiymətləndirmənin düzgün aparılmadığını bəyan ediblər.

Qeyd edək ki, bu gün Milli Kitab Mükafatının qalibi elan olunacaq. Bəzi ehtimallara görə, qalib “Yad dildə” əsərinin müəllifi Pərviz Cəbrayılov olacaq.

Müsabiqədə ikinci yerin Məqsəd Nura, üçüncü yerin isə Nəriman Əbdülrəhmanlıya veriləcəyi bildirlir.

AYNURƏ

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!