25 Mart, 2019
Gürcüstanda sosial işçilər tətil elan ediblər

Gürcüstanda sosial sahədə çalışan işçilər hökumət binası qarşısında etiraz aksiyası keçirirlər. Onlar iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər. Sosial Xidmətlər Agentliyinin bütün işçiləri Gürcüstan üzrə tətil elan ediblər.

Sosial işçilər 22 tələb irəli sürüblər. Onların arasında əməkdaşların sayının artırılması, onların nəqliyyat vasitələri ilə təmin olunması, sosial xidmət mərkəzlərinin məhdud imkanlı şəxslər üçün adaptasiya edilməsi və digər tələblər var. Onlar tələbləri yerinə yetirilməyənə qədər tətili davam etdirəcəklərini bildiriblər. Qeyd edək ki, Gürcüstanda 244 sosial işçi var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!