18 Mart, 2019
Bakıda tikilidə yanğın baş verib, qadın yanaraq ölüb

Bakıda baş verən yanğın nəticəsində 62 yaşlı qadın yanaraq ölüb.  Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, ümumi sahəsi 20 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin içərisində əşyalar yanıb.

Yanğının kəşfiyyatı zamanı 1957-ci il təvəllüdlü Malaxova Elmira İdris qızının meyiti aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!