15 Mart, 2019
Azərbaycanda seçicilərin sayı məlum olub.

Azərbaycanda seçicilərin sayı məlum olub. Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir pənahov bildirib ki, hazırda Azərbaycanda 5 milyon 209 min 420 seçici var.

O bildirib ki, seçicilərin 50,83 %-ni qadınlar, 49,17 %-ni isə kişilər təşkil edir. MSK sədri vurğulayıb ki, may ayının sonuna qədər seçici siyahılarının dəqiqləşdirmə prosesinin yekunlaşdırılması nəzərdə tutulur.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!